07 Oktyabr 2025, 15:24
FUTBOL
PSJ-nin futbolçusu Desire Due karyerasını İspaniya La Liqasında davm etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Real" gələn il fransalı vingeri transfer etmək istəyir. Madrid təmsilçisi 20 yaşlı oyunçu üçün yüksək məbləğdə təzminat ödəməyə hazırdır.
Qeyd edək ki, Desire Due bu mövsüm PSJ-nin heyətində keçirdiyi 11 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.












