06 Oktyabr 2025, 18:58
FUTBOL
"Monako" baş məşqçi Adi Hütterlə yollarını ayırmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Knyazlıq" təmsilçisinin rəhbərliyi avstriyalı mütəxəssisin işindən narazıdır. Yaxın günlərdə onunla yollar ayrılacaq.
Qeyd edək ki, Adi Hütter 2023-cü ilin yayından "Monako"nu çalışdırır. Komanda Liqa 1-də 7 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.












