06 Oktyabr 2025, 18:22
FUTBOL
İngiltərəli veteran futbolçu Ueyl Runi "Liverpul"un vingeri Məhəmməd Salahı tənqid edib.
Matc.az xəbər verir ki, o, 33 yaşlı oyunçunun müdafiəyə kömək etmədiyini deyib:
"Salah həmişə arxaya qayıdıb müdafiəyə kömək edən oyunçu deyil. Amma "Çelsi" ilə matçda (1:2) cinah müdafiəçisi çətin vəziyyətdə olarkən o, sadəcə izləyirdi. Vircil van Deyk və digər liderlər Salaha müdafiəyə kömək etməli olduğunu deməlidir. Misirli futbolçu son həftələrdə zəif performans göstərir".
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 10 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.












