06 Oktyabr 2025, 17:45
FUTBOL
"Bornmut"un futbolçusu Antuan Semenyo Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Çelsi" qanalı vingeri transfer etmək istəyir. London klubu 25 yaşlı oyunçu üçün qarşı tərəfə 90 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Antuan Semenyo bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 8 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.












