06 Oktyabr 2025, 17:16
FUTBOL
Özbəkistn milli komandasının yeni baş məşqçisi məlum olub.
Matc.az xəbər verir ki, dünya çempionatının final mərhələsində iştirak edəcək yığmanı Fabio Kannavaro çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
52 yaşlı italiyalı mütəxəssislə DÇ-2026-nın sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Fabio Kannavaronun son iş yeri "Dinamo" (Zaqreb) olub.












