"Reyncers" Rassel Martinlə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Reyncers"in baş məşqçisi postuna Stiven Cerrard təyin oluna bilər. Klub rəhbərliyi ingiltərəli çalışdırıcı ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Stiven Cerrard 2018-2021-ci illərdə "Reyncers"ə rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest