"Real"ın hücumçusu Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Vest Hem" "kral klubu"nda heyətə düşə bilməyə braziliyalı forvardı icarəyə götürmək istəyir. London təmsilçisi Endrik üçün yanvar ayında La Liqa nəhənginə müraciət edəcək.

"Real Sosyedad" və "Valensiya" da 19 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Endrik bu mövsüm "Real"ın heyətində rəsmi oyunlarda iştirak etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest