"Milan"ın qapıçısı Mayk Menyan karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Teal Talk" məlumat yayıb.

"Bavariya" fransalı qolkiperi transfer etmək istəyir. Münhen təmsilçisi İtaliya klubu ilə müqaviləsi gələn ilin yayında başa çatan Menyanı 39 yaşlı Manuel Noyerin davamçısı kimi düşünür.

Qeyd edək ki, "Milan" Mayk Menyanı 2021-ci ilin yayında "Lill"dən transfer edib. 30 yaşlı "əlcək sahibi" bu mövsüm komandanın heyətində 7 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest