Ronald Arauxo "Barselona"dan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

La Liqa nəhəngi uruqvaylı mərkəz müdafiəçisini yanvar ayında satmaq istəyir. Kataloniya təmsilçisi 26 yaşlı futbolçuya 40 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Ronald Arauxo bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 7 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest