06 Oktyabr 2025, 13:57
FUTBOL
"Arsenal"ın hücumçusu Qabriel Jezus karyerasını ölkəsində davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Gazeta do Urubu" məlumat yayıb.
"Flamento" braziliyalı forvardın xidmətində maraqlıdır. Jezus özü də DÇ-2026-da Braziliya millisinin heyətində yer almaq üçün "Arsenal"dan ayrılmaq və daha çox oynaya biləcəyi bir kluba keçmək istəyir.
Qeyd edək ki, "Arsenal" Qabriel Jezusu 2022-ci ilin yayında "Mançester Siti"dən transfer edib. 28 yaşlı futbolçu zədə səbəbindən bu mövsüm rəsmi oyunlarda iştirak etməyib.






_1761598465.jpg)


_1761592149.jpg)


_1761586939.jpg)