"Barselona"nın futbolçusu Markus Reşford sıradan çıxıb.

Matc.az xəbər verir ki, Markus Reşford zədələnib.

İngiltərəli vinger La Liqanın 8-ci turunun "Sevilya" ilə səfər matçında zədə alıb. 27 yaşlı oyunçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Barselona" Markus Reşfordu mövsümün əvvəlində "Mançester Yunayted"dən icarəyə götürüb. İngiltərə millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda3 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest