"Real" Rodri üçün "Mançester Sitiy"ə 130 milyon funt-sterlinq (149,5 milyon avro) təklif etməyə hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Bildirilir ki, ingils klubu ispan oyunçunu klubda saxlamaq niyyətindədirlər. Bu məqsədlə "Mançester Siti" 29 yaşlı futbolçu ilə müqavilənin uzadılması üçün danışıqlara başlamağı planlaşdırır.
İngiltərə təmsilçisi Rodrinin Madrid klubuna keçməsinin qarşısını almağa ümid edir. "Mançester Siti" yarımmüdafiəçinin karyerasının sonuna qədər klubda qalmasını təmin etmək üçün onun maaşını əhəmiyyətli dərəcədə artırmağa hazırdır.
Qeyd edək ki, Rodri 2019-cu ildən Mançester klubunda çıxış edir. O, 2024-cü ildə "Qızıl top"u qazanıb. Rodrinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 110 milyon avrodur.












