Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Bavariya"nın hücumçusu Harri Keynə illik 100 milyon avro dəyərində müqavilə təklif edib.

Matc.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 32 yaşlı forvard ilə ümumilikdə 300 milyon avro dəyərində 3 illik müqavilə imzalamağa hazırdırlar.

Keyn 2023-cü ildə Yaxın Şərq klublarından gələn təklifləri rədd etsə də, ingilis futbolçu gələn yay bu təklifi nəzərdən keçirə bilər.

Qeyd edək ki, Keyn 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya"ya keçib. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 106 oyun keçirib, 103 qol vurub və 29 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest