"Benfika"nın bir neçə oyunçusu və məşqçi heyəti, o cümlədən Joze Mourinyo, Portuqaliya çempionatında "Porto"ya qarşı keçirəcəkləri oyundan əvvəl virusa yoluxub.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Bildirilir ki, oktyabrın 5-nə planlaşdırılan oyunun keçirilib-keçirilməyəcəyini müəyyən etmək üçün qarşıdakı bir neçə saat həlledici olacaq.
Portuqaliya çempionatının reqlamentinə əsasən, bir komandada bir qapıçı da daxil olmaqla ən azı 13 oyunçusu olmayan bir matç təxirə salına bilər. Bununla belə, futbolçuların oyunda iştirak edə bilməyəcəyi səhiyyə orqanları tərəfindən təsdiqlənməlidir. Hazırkı vəziyyət ciddi görünmədiyi üçün "Benfika" oyunu təxirə salmağı düşünmədiyi qeyd edilir.
Xatırladaq ki, Mourinyo sentyabrın 18-də "Benfika"ya başçılıq edib. Komanda hazırda 7 turdan sonra 17 xalla Portuqaliya çempionatında 3-cü yerdədir. Turnir cədvəlinə 21 xalla "Porto" başçılıq edir.












