"Mançester Siti" braziliyalı vinger Savinyo ilə yeni müqavilə imzalamağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

Bildirilir ki, 21 yaşlı braziliyalının yeni müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Maliyyə detalları hələlik məlum deyil.

Savino "Mançester Siti"yə 2024-cü ilin yayında Fransanın "Troyes" klubundan 25 milyon avroya keçib. O, 2023/24 mövsümünü icarə əsasında İspaniyanın "Jirona" klubunda keçirib.

Qeyd edək ki, ötən mövsüm Savinyo "Mançester Siti"nin heyətində bütün turnirlərdə 48 matçda 3 qol vurub və 13 məhsuldar ötürmə edib. Braziliyalının transfer dəyəri hazırda 50 milyon avro qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest