"Beşiktaş" ÇSKA-nın yarımmüdafiəçisi Matvey Kislyakı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sporx.com" saytı məlumat yayıb.

İstanbul nəhəngi rusiyalı futbolçunu uzun müddətdir izləyir. Super Liqa təmsilçisi 20 yaşlı oyunçunu yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Matvey Kislyak bu mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 29 oyunda 5 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest