"Mançester Yunayted" bu yay hücumçular Rasmus Hoyland və Markus Reşfordun satışından 80 milyon avro qazanmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, "Napoli" artıq Hoylandın icarəsi üçün 6 milyon avro ödəyib. "Mançester Yunayted" İtaliya klubunun danimarkalı oyunçu üçün əlavə 44 milyon avro ödəməsini gözləyir.

"Barselona"nın da Reşfordu "qırmızı şeytanlar"dan 30 milyon avroya transfer etməsi gözlənilir. Kataloniya klubu artıq hücumçu ilə şəxsi şərtlərlə bağlı razılığa gəlib. Lakin "Mançester Yunayted" və "Barselona" arasında danışıqlar hələ də davam edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest