“Zirə” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Sumqayıt”ın 10 nömrəli futbolçusu Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalandırılıb,
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, toplantıda Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:
Azərbaycan Kubokunda 1/4 finalın cavab görüşü - “Zirə” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Sumqayıt”ın 10 nömrəli futbolçusu Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalandırılıb, “Sumqayıt” 1000 manat cərimələnib.
Azərbaycan Kubokunda 1/4 finalın cavab görüşü “Qarabağ” – “Şamaxı” oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olduğuna görə “Qarabağ” 2500 manat cərimələnib. Həmin oyunda “Şamaxı”dan 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
Kubokda 1/4 finalın cavab görüşü “Qəbələ” – “Sabah” oyununun 48-ci dəqiqəsində “Qəbələ” komandasının 50 nömrəli futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, “Qəbələ” 1000 manat cərimə edilib.










_1772816845.jpg)

