06 Mart 2026, 15:55
FUTBOL
"Atletiko" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Antuan Qrizmanna əvəzləyici tapıb.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəfi PSJ-dən Li Kan İni transfer etməkdir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
"Atletiko" cənubi koreyalı futbolçu üçün artıq Fransa klubu ilə danışıqlara başlayıb. 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin La Liqa nəhənginə keçmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Li Kan İn bu mövsüm PSJ-nin heyətində keçirdiyi 28 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.












_1772816845.jpg)