01 Oktyabr 2025, 11:55
FUTBOL
"Liverpul"un heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, İngiltərə təmsilçisinin qapıçısı Alisson Beker sıradan çıxıb.
Braziliyalı qolkiper UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Qalatasaray"la səfər matçında (0:1) zədələnib.
32 yaşlı "əlcək sahibi" Premyer Liqanın 8-ci turunun "Çelsi" ilə matçında iştirak etməyəcək. Qarşılaşma oktyabrrın 4-də baş tutacaq.












