01 Oktyabr 2025, 11:17
FUTBOL
"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze İtaliyaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Corriere Como" məlumat yayıb.
"Komo" niderlandlı forvardı transfer etmək istəyir. A Seriyası təmsilçisi 24 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni ötən ilin yayında "Bolonya"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 4 oyunda 82 dəqiqə meydanda olub.












