"Atletiko"nun hücumçusu Antuan Qrizmann adını klubun tarixinə yazdırıb.

Matc.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

Qrizmann Madrid təmsilçisinin heyətində 200 qol vuran ilk futbolçu olub. Fransalı forvard Çempionlaar Liqası Liqa mərhələsinin "Ayntraxt"la oyununda fərqlənməklə buna nail olub.

Qeyd edək ki, qarşılaşma "Atletiko"nun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest