30 Sentyabr 2025, 21:50
FUTBOL
Milandakı əfsanəvi "San Siro" stadionunun yerində tikiləcək yeni arenanın 2031-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.
Matc.az xəbər verir ki, bu barədə "Il Corriere della Sera" məlumat yayıb.
Bildrilir ki, hazırkı arenanın təxminən 90 faizi söküləcək. Stadionun ümumi yenidən qurulmasının isə 10 il çəkəcəyi gözlənilir.
Qeyd edək ki, İtaliya və Türkiyə AVRO-2032-yə ev sahibliyi edən ölkələrdir, ona görə də Milan yeni arenanı qitə çempionatının oyunlarına ev sahibliyi edəcək arenalar siyahısına daxil etməyə ümid edir.












