Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ABŞ prezidenti Donald Trampın sülh planının həyata keçirilməsinə şans vermək üçün İsrail komandalarının fəaliyyətini dayandırması ilə bağlı səsverməni təxirə salıb.

Matc.az xəbər verir ki, bu barədə "The Times" məlumat paylaşıb.

Bildirilir ki, UEFA bu həftə icraiyyə komitəsinin fövqəladə iclasını keçirməyi planlaşdırırdı və üzvlərinin əksəriyyətinin İsrail komandalarının fəaliyyətini dayandırmasını dəstəkləyəcəyi gözlənilirdi.

Trampla İsrailin baş naziri Binyamin Netanyahu arasında bu həftə baş tutan görüşdən sonra vəziyyətin dəyişdiyi vurğulanır.

Qeyd edək ki, İsrail 1994-cü ildən UEFA-nın üzvüdür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest