"Opta Sport"un superkompüteri Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turundan öncə favoritlərin adlarını açıqlayıb.

Matc.az xəbər verir ki, superkompüter Çempionlar Liqasının qalibi olmaq şansının ən çox "Liverpul"da (18,2%) olduğunu proqnozlaşdırır.

"Arsenal"ın (17,4%) və "Mançester Siti"nin (17,1%) şansları da yüksəkdir.

Qeyd edək ki, turnirin final qarşılaşması Budapeştdəki "Puşkas Arena"da keçiriləcək. Yarışın həlledici qarşılaşması 2026-cı il mayın 30-da baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest