"Real"ın baş məşqçisi Xabi Alonso şəxsən PSJ-nin ulduzu Vitinyonu transfer etməkdə maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Fichajes.net" nəşri məlumat yayıb.
İspan məşqçi Vitinyonu strateji əlavə güc kimi müəyyənləşdirib. Məşqçi hesab edir ki, onun profili həyata keçirmək niyyətində olduğu model üçün idealdır.
Madird prezidenti Florentino Peres artıq məşqçisindən bu istəyi alıb və razılaşma çətin olsa da, PSJ ilə danışıqlara başlamaq barədə ciddi düşünür. O, başa düşür ki, Vitinyonu imzalamaq üçün milyonlarla investisiya lazımdır. Fransızlar əlverişli təklif olmadan ulduzlarından biri ilə ayrılmağa hazır deyillər.
Bildirilir ki, kluba yaxın mənbələr Alonsonun portuqaliyalını növbəti onillikdə Cud Bellinqem və Arda Güler kimi gənc oyunçuları tamamlayan ideal yarımmüdafiəçi kimi gördüyünü deyir.
Qeyd edək ki, Vitinyo "Porto"nun yetirməsidir. Oradan futbolçu 2022-ci ilin yayında PSJ-yə keçib. O, Fransa klubunda 161 oyun keçirib, 20 qol vurub və 17 məhsuldar ötürmə verib.
Portuqaliyalı gənc ulduz "Qızıl top"un səsverməsində 703 xal toplayaraq üçüncü yeri tutmuşdu. İkinci yeri 17 yaşlı Lamin Yamal (1059 xal) tutub, mükafatı isə PSJ-nin futbolçusu Usman Dembele (1380 xal) qazanıb.












