Özbəkistan Futbol Federasiyası italiyalı mütəxəssis Fabio Kannavaro ilə əlaqə saxlayıb və onun milli komandaya baş məşqçi təyin olunması üçün danışıqlar aparır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.

Özbəkistan millisi ilk dəfə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında çıxış edəcək.

Kannavaronun 52 yaşı var. O, məşqçilik karyerası ərzində İtaliyanın "Udineze" və "Benevento", Səudiyyə Ərəbistanının "Əl-Nəsr", Çinin "Quançjou" və "Tyanjin" klublarında, son olaraq isə Zaqreb "Dinamo"sunda çalışıb.

Oyunçu kimi Kannavaro 2006-cı ildə "Qızıl top"u qazanıb. Elə həmin il İtaliya millisi ilə dünya çempionu olub. Klub səviyyəsində Kannavaro İtaliyanın "Napoli", "Parma", "İnter" və "Yuventus", İspaniyanın "Real" (Madri) və BƏƏ-nin "Əl-Əhli" klublarında çıxış edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək və ilk dəfə 48 komanda iştirak edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest