"Arsenal" "Real"ın transfer siyahısında yer alan Villiam Salibanı komandada saxlamağı bacarıb.

Matc.az xəbər verir ki, Londən təmsilçisi fransalı mərkəz müdafiəçisinin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Villiam Saliba bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 6 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest