30 Sentyabr 2025, 13:16
FUTBOL
"Nyukasl" gələn ilin yayında klubla müqaviləsi başa çatan Kiran Trippyeri komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Sağsağanlar" kapitanla yeni sözləşmə imzalayacaq. Anlaşmanın 1 illik olması nəzərdə tutulub.
Qeyd edək ki, Kiran Trippyer bu mövsüm "Nyukasl"ın heyətində 7 oyunda meydana çıxıb.












