İtaliyanın köklü klublarından olan "İnter"lə "Milan"ın ev oyunlarını keçirdiyi stadionla bağlı vacib qərar verilib.

Matc.az xəbər verir ki, Milan Bələdiyyə Məclisi "San Siro"nun 197 milyon avro qarşılığında iki kluba satılmasına razılıq verib.

Bu qərardan sonra A Seriyası nəhənglərinin arenanın yerində yeni stadion inşa etməsi üçün heç bir maneə qalmayıb. "Milan" və "İnter" qarrşıdakı illərdə 1,2 milyard avro dəyərində olan yeni stadionun tikintisinə başlayacaq.

Qeyd edək ki, "San Siro" 1926-cı ildə istifadəyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest