Futbol üzrə Polşa Ekstraklasasında 10-cu turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Motor" doğma meydanda "Radomyak"ı qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Renat da bu matçın iştirakçısı olub. 27 yaşlı forvard 77-ci dəqiqədə meydana daxil olub.

9 oyun keçirən "Motor" 11 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest