"Beşiktaş"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Temmi Abraham sıradan çıxıb.

İngiltərəli futbolçu Super Liqanın VII turunun "Kocaelispor"la matçının 55-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Beşiktaş" növbəti turda "Qalatasaray"ın qonağı olacaq. Qarşılaşma 4 oktyabr tarixində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest