"Real"ın futbolçusu Vinisius Junior karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Talk Sport" məlumat yayıb.

"Əl-Əhli" Vinisiusu transfer etmək istəyir. Ərəblər braziliyalı vingerə sərvət ödəməyə hazırdır. 

Keçid baş tutsa, Braziliya millisinin üzvü dünyanın ən çox qazanan futbolçusu olacaq. "Əl-Əhli" 25 yaşlı oyunçuya Kriştiano Ronaldonun "Əl-Nəsr"də qazandığı 200 milyon avrodan daha çox maaş təklif edəcək.

Qeyd edək ki, Vinisiu Junior bu mövsüm "Real"ın heyətində keçirdiyi 144 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest