Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

Matc.az xəbər verir ki, bu gün "Beşiktaş" doğma meydanda autsayder "Kocaelispor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 12-yə yüksəldən "Beşiktaş" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Qara qartallar" 1 oyun az keçirib. 2 xalı olan "Kocaelispor" isə sonuncu yerdədir.

"Beşiktaş" - "Kocaelispor" 3:1
Qollar:
Rafa Silva, 4, Vatslav Çorni, 10, Aleksandr Sirota, 90+3 (avtoqol) - Tayfur Bingöl, 50

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest