29 Sentyabr 2025, 22:42
FUTBOL
"Arsenal" Villiam Salibanın müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbərr verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Fransa millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Klub yaxın günlərdə bununla bağlı rəsmi açıqlama verəcək.
Qeyd edək ki, Villiam Saliba bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 6 oyunda 1 qol vurub. 24 yaşlı mərkəz müdafiəçisinin əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin 30 iyun tarixinə kimi idir.












