29 Sentyabr 2025, 21:58
FUTBOL
"Bavariya" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Münhen təmsilçisi gələn ilin yayında klubu ilə müqaviləsi bitən serbiyalı futbolçunu Harri Keynin potensial davamçısı kimi düşünür. "Bavariya" yaxın vaxtlarda 25 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 9 oyunda 6 qol vurub, 1 qol ötürməsi edib.












