"Bavariya"nın futbolçusu Aleksandar Pavloviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumaat yayıb.

"Mançester Siti" almaniyalı yarımmüdafiəçini transfer etmək istəyir. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 21 yaşlı futbolçunun oyununu bəyənir.

Premyer Liqa nəhəngi 21 yaşlı oyunçu üçün yanvar ayında 45-50 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Aleksandar Pavloviç bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 11 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest