Gələn il İspaniya Superkuboku uğrunda oyunların harada keçirləcəyi bəlli olub.

Matc.az xəbər verir ki, görüşlər Səudiyyə Ərəbistanında baş tutacaq. Bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası yayıb.

Qarşılaşmalar 2026-cı il 7-11 yanvar tarixləri arasında təşkil olunacaq.

Turnirdə "Barselona", "Real", "Atletik" və "Atletiko" iştirak edəcək.

Qeyd edək ki, İspaniya Superkuboku 2025-ci ildə də bu ölkədə baş tutub və "Barselona" qalib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest