29 Sentyabr 2025, 18:04
FUTBOL
İtaliyanın "Kalyari" klubunun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Andrea Belotti sıradan çıxıb.
İtaliyalı futbolçu dizindən zədə alıb. 31 yaşlı forvard ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Andrea Belotti bu mövsüm "Kalyari"nin heyətində keçirdiyi 3 oyunda 2 qol vurub.












