29 Sentyabr 2025, 14:53
FUTBOL
"Mançester Siti" Savinyo ilə yeni müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Şəhərlilər" artıq braziliyalı vingerlə razılıq əldə edib. Yaxın günlərdə21 yaşlı oyunçunun 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşməsi daha 2 illik uzadılacaq.
Qeyd edək ki, Savinyo bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 8 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib. "Tottenhem" yayda Braziliya millisinin üzvünü transfer etmək istəsə də, klubu onu satmayıb.












