29 Sentyabr 2025, 13:34
FUTBOL
"İnternasyonal"ın futbolçusu Qustavo Prado karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Correio do Povo" nəşri məlumat yayıb.
"Lids Yunayted" 20 yaşlı vingeri transfer etmək istəyir. Braziliya klubu gənc oyunçu üçün 20 milyon avro tələb edir. Premyer Liqa təmsilçisi bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Qustavo Prado bu mövsüm "İnternasyonal"ın heyətində keçirdiyi 22 oyunda 2 qol vurub. O, Braziliya U-20 millisinin üzvüdür.












