"Barselona" klub tarixinin 81 illik rekordunu təkrarlayıb.

Matc.az xəbər verir ki, Hans Flikin rəhbərlik etdiyi kollektiv La Liqanın 7-ci turunun "Real Sosyedad"la matçında buna nail olub.

Kataloniya təmsilçisi bütün turnirlərdə ardıcıl 44 matçdır qol vurur. Əvvəlki rekord 1942-1944-cü illərə aid idi. Komanda həmin vaxt da ardıcıl 44 oyunda meydanı qol vurmadan tərk etməmişdi.

Qeyd edək ki, "Real Sosyedad"ı 2:1 hesabı ilə məğlub edən "Barselona" La Liqada liderliyi ələ keçirib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest