29 Sentyabr 2025, 12:33
FUTBOL
"İnter" "Mançester Siti"dən icarəyə götürdüyü Manuel Akanci ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, Milan təmsilçisi isveçrəli mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"İnter" 30 yaşlı futbolçu üçün 15 milyon avroluq satınalma bəndini işə salacaq.
Qeyd edək ki, "İnter" Manuel Akancini bu ilin sentyabr ayında icarəyə götürüb. Təcrübəli oyunçu komandanın heyətində 4 oyunda meydana çıxıb.












