"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Atletiko" ingiltərəli vingeri transfer etmək istəyir. Madrid təmsilçisi Qrinvudu gələn ilin yayında heyətinə qatmağı planlaşdırır. 

"Atletiko" 23 yaşlı oyunçu üçün klubunun tələb etdiyi 74 milyon avronu ödəməyə hazırdır.

Qeyd edək ki, Meyson Qrinvud bu mövsüm "Marsel"in heyətində keçirdiyi 7 oyunda 2 qol vurub,  4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest