29 Sentyabr 2025, 11:27
FUTBOL
İtaliya A Seriyasında 5-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Napoli" səfərdə "Milan"ın qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
5 turdan sonra hər iki komandanın aktivində 12 xal var.
Qeyd edək ki, "Qarabağ"ın "Napoli" ilə oyunu 26 noyabr tarixində İtaliyada baş tutacaq.
"Milan" - "Napoli" 2:1
Qollar: Aleksis Salemakers, 3, Kristiaan Pulişiç - Kevin De Bruyne, 60 (pen)












