Azərbaycan I Liqasında çıxış edən "Səbail" legioner futbolçu transfer edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

"Dənizçilər" son olaraq Kosovanın "Dukagjini" kollektivində çıxış etmiş iranlı hücumçu Ali Babaei ilə anlaşıb. 24 yaşlı futbolçunun müqaviləsinin müddəti birillikdir.

Qeyd edək ki, "Səbail" ötən mövsüm Misli Premyer Liqasında 22 xalla sonuncu yeri tutaraq I Liqaya yollanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest