11 Sentyabr 2025, 15:25
FUTBOL
"Brentford"un yarımmüdafiəçisi Yunus Emre Konak Türkiyəyə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Fənərbaxça" Türkiyə U-21 millisinin üzvünü transfer etmək istəyir. İstanbul nəhəngi 19 yaşlı futbolçu üçün Premyer Liqa təmsilçisinə təklif göndərib. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Brentford" Yunus Emre Konakı 2024-cü ilin yanvar ayında "Sivasspor"dan transfer edib.