01 Sentyabr 2025, 19:26
FUTBOL
Bu gün Erik ten Haqı istefaya göndərən "Bayer"in baş məşqçi postuna ilk namizədin adı məlum olub.
Matc.az xəbər verir ki, bu barədə "Sky Germany" məlumat yayıb.
Bildirilir ki, "Barselona"nın sabiq baş məşqçisi Xavi Leverkuzen klubuna başçılıq edə bilər.
Qeyd edək ki, "Bayer" Bundesliqanın 2-ci turunda cəmi 1 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.