07 Avqust 2025, 18:46
FUTBOL
İstanbul təmsilçisi mövsümün ilk oyununa ciddi itkilərlə çıxacaq.
Türkiyə Superliqasında yeni mövsümünə start verilir.
Matc.az xəbər verir ki, son Türkiyə çempionu "Qalatasaray" Superliqanın açılış oyununda səfərdə "Qaziantep"in qonağı olacaq.
İstanbul təmsilçisi mövsümün ilk oyununa ciddi itkilərlə çıxacaq. Müdafiəçilər Derrik Köhn, Karlos Kuesta, Viktor Nelsson, hücumçular Viktor Osimhen, Mauro İkardi və Alvaro Morata komanda ilə birlikdə səfərə aparılmayıb.
Qeyd edək ki, "Qaziantep" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.












