07 Avqust 2025, 18:37
FUTBOL
"Leypsiq"in sloveniyalı hücumçusu Benjamin Şeşko "Mançester Yunayted"ə keçir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.
Bildirilir ki, transfer qiyməti 76,5 milyon avro və bonus olaraq 8,5 milyon avro olacaq. 22 yaşlı Sesko ilə müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsüm 22 yaşlı hücumçu bütün turnirlərdə 45 matçda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 70 milyon avrodur.












